Rekord qiymətə transfer olunan beysbolçunun bank hesabı qarət edildi

 19:12 01.05.2024     255

Rekord qimyətə “Los Anceles Dodqers”ə transfer olunan beysbolçunun bank hesabından oğurluq edilib.

Redaktor.az xəbər verir ki, yaponiyalı beysbolçu Şohi Ohtaninin bank hesabından 500 min ABŞ dolları oğurlanıb.

Amerika polisi beysbolçunun pulunun qanunsuz mərc saytlarından biri tərəfindən çəkildiyini bildirib.

Qeyd edək ki, “Los Anceles Dodqers”ə 700 milyon avro qarşılığında transfer olunan Şohi Ohtani ilə 10 illik müqavilə imzalanıb.