Çempionlar Liqası: PSJ səfərdə "Borussiya"ya uduzdu

 09:36 02.05.2024     174

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.