Marselonun oğlu "Real Madrid"lə müqavilə imzaladı

 14:48 02.05.2024     299

İspaniyanın "Real" klubu braziliyalı keçmiş futbolçusu Marselonun oğlu Entso Alveşlə yeni müqavilə imzalayıb.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, 14 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilə qədər uzadılıb.

Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda fərqlənməyi bacarıb.

Qeyd edək ki, Entsonun atası Marselo hazırda Braziliyanın “Fluminense” klubunda çıxış edir.