Avro-2024-ü buraxacaq

 22:16 02.05.2024     266

Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes Çempionlar Liqasının 1/2 final mərhələsinin Dortmund "Borussiya"sı ilə ilk oyununda zədələnib.

Redaktor.az xəbər verir ki, onun ayaq çarpaz bağlarında zədə aşkarlanıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı futbolçu üçün cari mövsüm başa çatıb. Ernandes 2024-cü il Avropa çempionatını da buraxacaq.

Qeyd edək ki, Lukas bu mövsüm 41 matçda iştirak edib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.