"İnter Mayami"nin baş məşqçisi Messiyə göstəriş vermir

 09:31 03.05.2024     167

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino matçdan əvvəl hücumçu Lionel Messiyə göstəriş vermir.

Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə baş məşqçi özü danışıb.

“Messi meydanda istədiyi kimi hərəkət edə bilər. O, dünyanın ən yaxşı oyunçusu və əla qol vuran oyunçudur. Ona görə də onun məşqçidən əlavə göstərişə ehtiyacı yoxdur”, - deyə Martino bildirib.

Mövsümün 11 matçından sonra "İnter Mayami" 21 xalla çempionata başçılıq edir.

Humay İSGƏNDƏRLİ