"Qoca" Ronaldodan möhtəşəm nəticə

 13:06 03.05.2024     229

Portuqaliyalı superulduz Kriştiano Ronaldo performansı ilə bütün diqqətləri üzərinə çəkir.

Redaktor.az xəbər verir ki, dünyanın ən yaxşı futbolçularından biri olan "Qızıl top"un sahibi Kriştiano yaşına baxmayaraq yüksək nəticələr göstərməyə davam edir.

Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən portuqaliyalı futbolçu bu mövsüm vurduğu qollarla alqışlarla qarşılanıb.

45 matça çıxan 37 yaşlı ulduz 44 qol və 12 məhsuldar ötürmə ilə yenidən adından söz etdirib.

Portuqaliyalı superulduz daha 13 qol vursa, 900-cü qoluna çatacaq. Bu, ulduzun karyerasını davam etdirməsi üçün böyük ambisiya mənbəyi olmağa davam edəcək.