Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Rredaktor.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyinə ölkəmiz ev sahibliyi edəcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında baş tutacaq.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcəklər. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq.
Qeyd edək ki, görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.