Avarçəkmə üzrə "Prezident kuboku-2024” reqatasi başa çatdı - FOTO

 14:53 04.05.2024     346

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatası başa çatıb.

Redaktor.az xəbər verir ki, yarışların üçüncü günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 200, 1000, 1500 metr məsafələrdə kayak-kanoe və akademik avarçəkmə növdə mübarizə aparıblar.

Yarışın son gününü idmançılarımız 2-si gümüş , 3-ü bürünc olmaqla 5  medalla başa vurub.

Təmsilçilərimiz Qiyas Əhmədov və Vacib Babayev 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanıblar.

Niyaz Məlikov və Emil Zeynalov isə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1000 metr məsafəyə kayak yarışında ikinci yerə çıxıblar.

2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində İbrahim Məmmədzadə və Sərhad Fərhadzadə 200 metr məsafəyə kayak yarışında bürünc medal qazanıblar.

Nurlan Paşayev və Fariz Babayev 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində 1500 metr məsafəyə akademik avarçəkmə növündə üçüncü yerə çıxıblar.

Məhəmməd Həsənov və Raul Şamilov 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində 1000 metr məsafəyə akademik avarçəkmə növü üzrə bürünc medal qazanıb.

Mayın 3-də həmçinin, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılıb, kuboklar sahiblərinə təqdim edilib. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edib. Müxtəlif rəqs nümunələri nümayiş etdirilib. Bağlanış mərasimində həmçinin, tamaşaçılar son illərin ən populyar və sevilən ifaçılarından Hissin solo ifasını dinləyib. Reqataya atəşfəşanlıqla yekun vurulub. Bağlanış mərasimi Mingəçevirlilər tərəfindən də coşqu ilə qarşılanıb.

 

22222222222222222222