Polis hakimə hücum edən futbolçulara atəş açdı
Paraqvayın Quarambara şəhərində polis hakimə hücum edən futbolçulara atəş açıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ədalət təmsilçisinin oyunun final fitini səsləndirməsindən sonra qeydə alınıb.
Komandalardan birinin oyunçuları final fitinin tez səsləndirilməsinə etiraz edərək, hakimin üzərinə şığıyıblar. Referi onlardan qaçmağa çalışıb. Polis isə hakimin müdafiəsinə qalxaraq, hücum edən aqressiv futbolçulara rezin güllələrdən atəş açıb.
Qeyd edək ki, qarşılaşma “25 sentyabr” və “29 sentyabr” komandaları arasında keçirilib.