"Zirə" "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla 7-ci, paytaxt klubu 49 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan"la "Sabah" komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXXIII tur
16:30. Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
19:00. “Araz-Naxçıvan” –“ Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Liv Bona Dea Arena”
Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib - 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.