Rahilin komandası aşağı liqaya düşdü
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Redaktor.az xəbər verir ki, komanda 31-ci turda “Şlask”ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Bu nəticədən sonra “LKS Lodz”un növbəti mövsüm aşağı liqada mübarizə aparacağı dəqiqləşib. Komanda sona 3 tur qalmış 21 xalla sonuncu - 18-ci pillədə qərarlaşır. “LKS Lodz” 15-ci yerdə olan “Puşa”dan 12 xal geri qalır.