Ronaldu komandasını dəyişə bilər

 20:06 05.05.2024     226

“İnter Mayami”nin prezidenti Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu ABŞ klubuna transfer etmək imkanlarını araşdırır.

Redaktor.az xəbər verir ki, Bekhem Ronaldu və argentinalı hücumçu Lionel Messini bir klubda birləşdirmək fikrini çox bəyənir.

Xatırladaq ki, 2022-ci ilin payızında Ronaldu “Mançester Yunayted”də çıxış edəndə KİV Bekhemin artıq portuqaliyalı hücumçu ilə danışıqlar apardığını yazmışdı.

Bu mövsüm Ronaldu bütün turnirlərdə 40 matçda iştirak edib, 41 qol vurub, 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. Məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.