"Barselona" Levandovskiyə əvəzləyici tapdı

 10:03 06.05.2024     185

"Barselona" "Liverpul"un və Uruqvay millisinin hücumçusu Darvin Nuneslə maraqlanır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu maaş büdcəsini azaltmaq üçün hücumçu Robert Levandovskini satmaq istəyir və 24 yaşlı uruqvaylını 35 yaşlı polşalıya əla əvəzləyici kimi görür.

İngiltərədəki ikinci mövsümündə Nunyes bütün yarışlarda "Liverpul"un heyətində matça çıxaraq 18 qol vurub və 13 məhsuldar ötürmə edib.