Futbol meydanı döyüş sahəsinə çevrildi – VİDEO

 17:11 06.05.2024     307

Türkiyədə Super Həvəskarlar Liqasının son matçında liderlik uğrunda mübarizə aparan və eyni xala malik “Beymelek Belediye Spor” və “Kaş Kınık Spor” komandaları “Dəmrə” stadionunda üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, rəqibini məğlub edən komandanın Regional Həvəskarlar Liqasına vəsiqə qazanacağı matçdan əvvəl qonaq klubun azarkeşlərinin yerləşdiyi sektorda qarşıdurma yaranıb.

Belə ki, azarkeşlər naməlum səbəbdən hasarları dağıdıblar. Bundan sonra meydançaya daşlar atılıb. Biri futbolçu olmaqla, 3 nəfər atılan daşlara tuş gəlib. Yaralılara təcili tibbi yardım maşını ilə xəstəxanada aparılıb.

İki rayonun hüquq-mühafizə qüvvələrinin, bələdiyyələrin və klub prezidentlərinin müdaxiləsi ilə tərəflər sakitləşsə də, matç təxirə salınıb.