“Fənərbaxça” növbəti dəfə xal itirdi
![](https://img.redaktor.az/news/2024/05/photo_240263.jpg)
Futbol üzrə Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, çempionluğa namizəd “Fənərbağça” komandası səfərdə “Konyaspor”un qonağı olub.
Qarşılaşma zamanı komandaların qapıları toxunulmaz qalıb – 0:0.
İstanbul nəhəngi 90 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Onun rəqibi “Qalatasaray” komandası 96 xalla birincidir.