Acun Ilıcalı sahibi olduğu klubun baş məşqçisini qovdu

 18:00 07.05.2024     172

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.

Redaktor.az "Hull Live"yə istinadən xəbər verir ki, son olaraq 46-cı turda "Plimut"a səfərdə məğlub olan (0:1) "pələnglər" 39 yaşlı mütəxəssisi istefaya göndəriblər.

Mövsümü 70 xalla 7-ci pillədə başa vuran komanda pley-offdan kənarda qalıb.

Qeyd edək ki, L.Rosenyor 2022-ci ildən "Hall Siti"yə başçılıq edirdi.