Ulduz futbolçu Braziliya klubunda
![](https://img.redaktor.az/news/2024/05/photo_240409.jpg)
İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva rəsmən “Fluminense”yə transfer olunub.
Redaktor.az xəbər verir ki, iyulda London təmsilçisindən ayrılacaq 39 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.
O, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq komandasına azad agent kimi keçib.
2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tyaqo Silva 152 oyuna çıxıb, 9 qol vurub.