Zinəddin Zidan Olimpiya ocağını yandıracaq

 20:08 08.05.2024     242

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marsel şəhərində Olimpiya ocağının yandırılmasında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, mayın 8-də Fransada Olimpiya məşəli “Belem” yelkənli gəmisi ilə ölkəyə gətirilib və təntənəli mərasim keçirilir.

Axşam saatlarında od sahilə çatacaq. Fransa torpağında Olimpiya məşəli estafetinin üçüncü iştirakçısı Zidan olacaq və məhz o, Olimpiya ocağını yandıracaq.

Fransa paytaxtında oyunlar iyulun 26-da başlayacaq.