UEFA Avropa Liqasının finalı: "Atalanta" - "Bayer 04"

 09:27 10.05.2024     186

UEFA Avropa Liqasının finalçıları müəyyənləşib.

Redaktor.az xəbər verir ki, "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivi ilə görüşüb "Roma" (İtaliya) isə Almaniyada "Bayer 04"ün qonağı olub.

 

Gərgin keçən oyunlarda qapılara yeddi qol vurulub.

90 dəqiqqənin tamamnda "Atalanta" və "Bayer 04" həlledici mərhələyə adlayıb. Bununla "Atalanta" tarixində ilk dəfə avrokuboklarda final oynayacaq. "Roma" ilə oyunda son anda məğlubiyyətdən qurtulan "Bayer 04" isə bu nəticə ilə 49 oyundur ki, uduzmur.

Qeyd edək ki, final qarşılaşması mayın 22-də Dublin şəhərində keçiriləcək.

"Atalanta" 3:0 "Marsel" (İlk oyun - 1:1)

"Roma" 2:2 "Bayer 04" - (İlk oyun - 0:2)