Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - SƏBƏBİ

 13:35 11.05.2024     318

Polşalı hakim Şimon Martsinyak Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin “Real Madrid” – “Bayern Münhen” matçının (2:1) sonunda buraxılan səhvə görə 2024-cü il Avropa çempionatının açılış matçından kənarlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Münhen təmsilçisinin müdafiəçisi Matteys de Liqt matça əlavə olunmuş dəqiqələrdə ikinci topu madridlilərin qapısına göndərsə də, bundan əvvəl Martsinyak fit çalıb və "Bayern"in oyunçusunu səhvən ofsaydda hesab edib. Epizod başa çatdıqdan sonra bu qərar qalmaqala səbəb olub.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. AÇ-nin açılış matçı Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək.

Martsinyak daha əvvəl Argentina və Fransa arasında 2022-ci il Dünya Çempionatının finalında, eləcə də 2022/23 Çempionlar Liqasının “Mançester Siti” ilə “İnter” arasında keçirilən həlledici oyunda hakimlik edib.