Parataekvondoçumuz Avropa çempionatında qızıl medal qazandı

 19:24 11.05.2024     300

Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, o, finalda türkiyəli rəqibini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, parataekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.