"Sumqayıt" "Səbail"i məğlub etdi

 21:46 12.05.2024     315

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

41 (penalti) və 45-ci dəqiqələrdə Kasimir Ninqa fərqlənib. Qonaqlarda 90+4-cü dəqiqədə Aleksandr Ramalinqom qollardan birinin əvəzini çıxa bilib.

Xallarının sayını 54-ə çatdıran meydan sahibləri ikinci pilləyə yüksəlib. "Dənizçilər" 42 xalla 7-cidir.

Günün ilk görüşündə "Qəbələ" evdə "Sabah"a qalib gəlib - 2:0.

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.