Ronaldo gedəcək, ya qalacaq?

 09:36 15.05.2024     241

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo müqaviləsini uzada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, rəhbərlik futbolçunu 2026-ci ilə qədər klubda saxlamaq fikrindədir.

Qeyd edək ki, Ronaldonun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. O, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 28 oyuna çıxıb, 33 qol vurub.