O da Avro-2024-də olmayacaq

 23:22 15.05.2024     263

İtaliya millisinin futbolçusu Nikolo Zaniolo Avro-2024-ü buraxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Luçano Spaletti məlumat verib. O, “Aston Villa”nın oyunçusunun zədə səbəbindən sözügedən turnirdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, N.Zaniolo İngiltərə Premyer Liqasında “Liverpul”a qarşı matçda zədələnib.