Təbrizin "Traktor" klubu satışa çıxarılır

 18:55 17.05.2024     300

Təbrizin "Traktor" futbol klubunun səhmləri satışa çıxarılır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, klubun Səhmdarlar Şurasının mayın 17-də keçirilən ümumi iclasında qəbul edilən qərara əsasən, ekspert qiymətləndirməsindən sonra klubun səhmlərinin satış şərtləri açıqlanacaq.

Bildirilib ki, səhmlərin potensial alıcıları bu barədə klubun ofisinə 15 gün ərzində müraciət etməlidirlər. Bundan sonra alıcıya müvafiq məktub göndəriləcək.

Qeyd olunub ki, qəbul edilən qərarla bağlı mayın 18-da Şərqi Azərbaycan əyalətinin başçısına məlumat veriləcək.