"Barselona" rəhbərliyi Xavinin komandadan getməli olduğunu AÇIQLADI

 23:25 17.05.2024     352

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun vitse-prezidenti Rafa Yuste ilə görüş keçirib. Görüşdə "Barsa"nın prezidenti Joan Laportanın yaxın dostu Alejandro Eçevarriya da iştirak edib.

Redaktor.az AS nəşrinə istinadla xəbər verir ki, iclasda Eçevarriya Xaviyə mütəxəssisin cari mövsümdən sonra komandadan getməli olduğunu açıqlayıb. Xavi Laporta ilə də telefon danışığı aparıb. Mövsümün bitməsindən bir neçə gün sonra Xavi və Laporta arasında baş-başa görüş olacaq.

Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" doğma meydanda "Vilyarreal"a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda "Barsa"nın baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis ayrılmaq qərarını klubun kursu dəyişməli olması ilə izah edib.

Aprelin sonunda isə Xavinin fikrini dəyişdiyi məlum olub. Bu barədə "Barselona"nın vitse-prezidenti Rafa Yuste danışıb.

Turan İSMAYIL