Lamiyə Vəliyeva dünya çempionu oldu
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub.
Redaktor.az xəbər verir ki, Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq qızıl medal qazanıb.
Qeyd edək ki, bu 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilən dünya çempionatında da 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanmışdı.