Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

 23:51 18.05.2024     255

Mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.

Redaktor.az-ın məlumatına görə, bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək.

Yığmanıb qrupdakı rəqibləri bəlli olub.

Media nümayəndələri Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq.

Komandanın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.