"Real Madrid"in əsas oyunçusu Çempionlar Liqasının finalında oynamayacaq

 18:52 20.05.2024     281

"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni zədə səbəbindən Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sına qarşı oynaya bilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Tçuameni Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə matçda ayağından aldığı zədə səbəbindən matçda iştirak edə bilməyəcək. Həkimlər futbolçuya meydana qayıtmazdan əvvəl sağalmasını tamamlamağı tövsiyə ediblər.

Final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Real Madrid 14 dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Borussiya"nın Çempionlar Liqasında 1 qələbəsi var.

Turan İSMAYIL