"Liverpul"un yeni baş məşqçisi rəsmiləşdi

 22:22 20.05.2024     340

"Liverpul"un yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyı Arne Slot təyin edilib. Bildirilib ki, "Feyenoord"un sabiq baş məşq məşqçisinin müqaviləsi İngiltərədə iş icazəsi almasından sonra 2024-cü il iyunun 1-də qüvvəyə minəcək. O, "Liverpul"dan ayrılan Yurgen Kloppu əvəzləyəcək.

45 yaşlı Arne Slot 2021-ci ilin yayından "Feyenoord"un baş məşqçisi olub. Bu müddətdə onun rəhbərliyi altında komanda bütün turnirlərdə 145 matçda iştirak edib, 94 dəfə qalib gəlib, 27 dəfə heç-heçə edib, 24 dəfə məğlub olub.

Xatırladaq ki, “Liverpul” 2023/2024 mövsümünü İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə başa vurub. Komanda 38 matçda 82 xal toplayıb.