Yeni dünya rekordu: 56 penalti - VİDEO

 14:43 21.05.2024     293

Penaltilər seriyasında yeni dünya rekordu qeydə alınıb.

Redaktor.az xəbər verir ki,bu, İsrail çempionatının üçüncü liqasında baş verib.

İkinci diviziona yüksəlmək uğrunda pley-offda "Dimona" və "Şimşon Təl-Əviv" üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub.

Qalibi müəyyənləşdirmək üçün rəqiblər hərəyə 28 penalti vurub. Ümumilikdə 56 belə zərbədən sonra "Dimona" 23:22 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bunadək rekord Namibiya kubokunun finalına məxsus idi. 2005-ci ildə "Palas" "Siviks"ə ümumilikdə 48 penaltidən ibarət seriyada qalib gəlib - 2:2, pen. 17:16.