Messi UEFA vəsaitini mənimsəyib?

 20:03 21.05.2024     302

“Barselona”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales və Avropa Futbol Assosasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin COVID-19 pandemiyası zamanı UEFA vəsaitlərinin mənimsənilməsində iştirak edə bilərlər.

Redaktor.az-ın məıumatına görə, bu barədə "The Objective" xəbər verir. 

Mənbənin sözlərinə görə, həmin şəxslərin virus pandemiyası səbəbindən kəsilən maaşlarının bir hissəsini kompensasiya etmək üçün Avropa Futbol Assosiasiyaları İttifaqının vəsaitlərini futbolçulara “yönləndirməyə” cəhd etdiklərini göstərən mətn mesajları və səs yazıları aşkar edilib.

COVID-19 pandemiyası zamanı Kataloniya komandasının rəhbərliyi futbolçuların maaşlarını 70% azaltmaq niyyətində idi. Vəsaitlərin "yönləndirilməsi" ilə bağlı ilk söhbət 2020-ci ilin yazında, Pike Messinin Rubialesə maaşların kəsilməsi ilə bağlı narahatlığını çatdıranda gündəmə gəldi. Bundan sonra Rubiales Çeferinlə əlaqə saxlayıb və onun maaşlarını UEFA fondu ilə kompensasiya etməyi təklif edib.

Messi 2021-ci ildə "Barselona"dan ayrıldı, PSJ-yə keçdi, iki il oynadı və  ABŞ-yə köçdü və hazırda "İnter Mayami"də oynayır. Pike 2022-ci ildə karyerasını başa vurduğunu açıqlayıb. Rubiales 2023-cü il Qadınlararası Dünya Çempionatından sonra futbolçu Cenni Hermosonun öpüşü ilə bağlı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb. Çeferin isə vəzifəsini davam etdirir.

Turan İSMAYIL