"Çelsi" baş məşqçisi ilə vidalaşdı

 22:49 21.05.2024     291

İngiltərənin "Çelsi" klubu komandanın baş məşqçisi Maurisio Poçettino ilə əmək müqaviləsinə xitam verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Bütün "Çelsi" adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən "Stamford Bric"də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Mütəxəssisin müqaviləsi 2025-ci ilə qədər idi.

Poçettino 2023-cü ilin mayında Frenk Lempardı əvəz edərək "Çelsi"yə rəhbərlik edib. Argentinalı daha əvvəl "Paris Saint-Germain", "Tottenham Hotspur", "Southampton" və "Espanyol"da çalışıb.

İngiltərə Premyer Liqasının başa çatan mövsümündə “Çelsi” ilk üçlüyə düşə bilməyib. London komandası İngiltərə çempionatının turnir cədvəlində 63 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

“Mançester Siti” ardıcıl dördüncü dəfə bu titul qazanaraq Premyer Liqanın çempionu olub. Xosep Qvardiolanın komandası 91 xal toplayıb. İkinci yerdə Londonun “Arsenal” klubu (89), ilk üçlüyü isə mövsüm başa çatdıqdan sonra baş məşqçi Yurgen Kloppun tərk etdiyi “Liverpul” (82) tamamlayır.

Turan İSMAYIL