"Şamaxı" Azərbaycan çempionu oldu
![](https://img.redaktor.az/news/2024/05/photo_241966.jpg?v=MDQ6NTAyMDI0LTA1LTIyIDE4OjE4OjUx)
Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (3:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.
Səfərdə "Mingəçevir"lə bərabərə qalan (2:2) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.
Qeydə alınan nəticələrin ardından turnir cədvəliində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 54 xalla ikinci olub.