"Çelsi" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atdı

 21:52 22.05.2024     216

"Çelsi" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, "zadəganlar"ın cari mövsüm vurduğu 77 qolun 51-i, yaşı 23-dən aşağı olan futbolçuların adına yazılıb.

Bu isə "dumanlı albion" çempionatı üçün yeni göstəricidir.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünü 63 xalla altıncı sırada bitirib.