"Barselona" Xavi ilə yollarını ayırdı - yeni baş məşqçi o olacaq

 21:10 23.05.2024     262

İspaniyanın “Barselona” komandası baş məşqçi Xavi Ernandeslə bağlı qərarını verib.

Redaktor.az “sports.ru”ya istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 44 yaşlı mütəxəssislə yollarını ayıracaq.

Rəhbərlik gələn həftə bu barədə onunla ilə rəsmi görüş keçirəcək.

Qeyd edək ki, artıq “Barselona”nın yeni baş məşqçisi də məlumdur. İspaniya nəhəngi almaniyalı Hans-Diter Fliklə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.