Ronaldo yenidən Avropada oynaya bilər

 09:40 24.05.2024     226

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər.

Redaktor.az "Gazeta.ru"ya istinadən məlumatına görə bildirilir ki, 2023/24 mövsümündə Almaniya çempionu olan və Avropa Liqasının finalında İtaliyanın “Atalanta”sına da uduzan Almaniyanın “Bayer”i portuqaliyalı hücumçunun xidmətində maraqlıdır.

Komandanın baş məşqçisi Xabi Alonso şəxsən Ronaldonu klubda görmək istəyir, o, hücumçunun növbəti Çempionlar Liqası mövsümündə komandaya kömək edəcəyinə inanır.

Humay İSGƏNDƏRLİ