Amerikalı boksçu dopinqə görə 4 il müddətinə diskvalifikasiya oluna bilər
Amerikalı boksçu Rayan Qarsiyanı həmyerlisi Devin Haneylə döyüşdən əvvəl dopinq testinin müsbət çıxdığına görə 4 illik qadağa gözləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Könüllü Dopinq Testi Assosiasiyası (VADA) məlumat yayıb.
Daha əvvəl məlum olmuşdu ki, Qarsiyanın iki dopinq testi müsbət nəticə verib. “B” nümunəsinin dopinq nümunəsinin yarılması da qadağan olunmuş maddələrin olduğunu göstərib.
“Qarsiya dörd il müddətinə diskvalifikasiya oluna bilər, indiyə qədər o, nümunələrdəki qadağan olunmuş maddələrin mənşəyini sübut edə bilməyib”, - məlumatda deyilir.
25 yaşlı Qarsiya aprelin sonunda Haneyi səs çoxluğu ilə məğlub edib. Onun rekorduna 25 qələbə (20-si nokautla), 1 məğlubiyyət daxildir.
Turan İSMAYIL