Xavi "Barselona"dan QOVULDU

 16:11 24.05.2024     340

İspaniyanın "Barselona" klubu mövsümün sonunda baş məşqçisi Xavi Ernandeslə yollarını ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub prezidenti Xuan Laporta mütəxəssisə 2024/2025 mövsümündə əsas komandanın baş məşqçisi olmayacağını bildirib.

Qeyd edək ki, Xavi mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.