İki güləşçimiz finala yüksəldi - Avropa çempionatı
Azərbaycanın iki sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Redaktor.az xəbər verir ki, Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) bu raunda vəsiqə qazanıblar.
Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq) və Rəvan Musayev (97 kq) isə əvvəlki mərhələlərdə uduzublar.
Bu gün həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) final görüşünə çıxacaqlar. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, əvvəlki dörd gündə Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib.