Lamiyə 4 qat dünya çempionu oldu

 14:00 25.05.2024     264

Paraatlet Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub. 

Redaktor.az xəbər verir ki, o, Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq qızıl medalın sahibi olub. 

Qeyd edək ki, Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ötən il isə Parisdə təşkil edilən dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.