"Turan Tovuz" mövsümü qələbə ilə başa vurdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turun daha bir oyunu keçirilib.
Redaktor.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. 74-cü dəqiqədə Otto Con fərqlənib.
Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı, 35 xala malik Gəncə təmsilçisi isə 8-ci pillədə başa vurub.
Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.