İspaniya millisinin heyəti açıqlandı - AVRO-2024

 18:33 27.05.2024     162

İspaniya milli komandasının AVRO-2024 üçün heyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, baş məşqçis Luis dela Fuente geniş heyətə 29 futbolçunun adını daxil edib. Üç oyunçu yekun siyahıdan kənarda qalacaq.

Qapıçılar: Unay Simon ("Atletik"), David Raya ("Arsenal"), Aleks Remiro ("Real Sosyedad")

Müdafiəçilər: Dani Karvahal ("Real"), Xesus Navas ("Sevilya"), Robin Le Normand ("Real Sosyedad"), Aymerik Laport ("Əl-Nəssr"), Naço ("Real"), Dani Vibian ("Atletik"), Pau Kubarsi ("Barselona"), Alexandro Qrimaldo ("Bayer"), Mark Kukurelya ("Çelsi")

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Martin Zubimendi ("Real Sosyedad"), Mikel Merino ("Real Sosyedad"), Fabian Ruis (PSJ), Aleks Baena ("Vilyarreal"), Markos Lyorente ("Atletiko"), Aleys Qarsiya ("Jirona"), Fermin Lopes ("Barselona"), Pedri ("Barselona")

Hücumçular: Alvaro Morata ("Atletiko"), Niko Uilyams ("Atletik"), Lamin Yamal ("Barselona"), Dani Olmo ("Leypziq"), Xoselu ("Real"), Mikel Oyarzabal ("Real Sosyedad"), Ferran Torres ("Barselona"), Ayoze Peres ("Betis")

Qeyd edək ki, İspaniya yığma komandası Avropa çempionatında B qrupunda Xorvatiya, İtaliya və Albaniya ilə mübarizə aparacaq.