Niderland millisinin üzvü AVRO-2024-dən kənarda qalacaq

 20:20 27.05.2024     235

Niderland millisinin müdafiəçisi Marten de Ron Almaniyada keçiriləcək Avropa çempionatından kənarda qalacaq.

Redaktor.az-ın məlumatına görə, futbolçu özü bu barədə sosial şəbəkə hesabında bildirib.

İtaliya təmsilçisi "Atalanta"nın 33 yaşlı futbolçusu əzələsində zədə aşkarlandığı üçün AVRO-2024-də iştirak etməyəcək.

Qeyd edək ki, Niderland yığması yer aldığı D qrupunda Polşa, Avstriya və Fransa milliləri ilə qarşılaşacaq.