“Sivasspor”un Toralda gözü var

 22:26 28.05.2024     276

Türkiyə Super Liqasında 2023-2024-cü il mövsümünü 7-ci pillədə başa vuran Sivasspor” “Qarabağ”ın futbolçusuna elçi düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “yiğidolar”ın baş məşqçisi Bülent Uyqun açıqlama verib.

CBC Sport-da yayımlanan “Türkiyədən futbol” verilişinə telefonla bağlanan təcrübəli mütəxəssis maraqlı açıqlamalarla yadda qalıb. Ən maraqlısı isə Bülent Uyqunun “Qarabağ”ın futbolçusu Toral Bayramovla bağlı səsləndirdiyi fikirlərdir.

“Çox bəyəndiyim cinah müdafiəçisidir. Transfer siyahımızda ilk sırada qərarlaşan oyunçulardandır. Rəhbərliyə bu barədə məlumat da vermişəm. İnşallah, məbləğdə razılaşılarsa, futbolçu da gəlmək istəyərsə çox sevinərik. Alternativli mövqelərdə oynaya bilən profildir”-deyə Bülent Uyqun qeyd edib.