Mourinyo Türkiyə nəhənginin sükanı arxasına keçməyə razılaşdı

 12:54 31.05.2024     253

Baş məşqçi İsmail Kartalla yollarını ayırması gözlənilən və məşqçi axtarışlarını davam etdirən "Fənərbağça"nın Joze Mourinyo ilə iki illik müqavilə imzaladığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə italyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.

Bildirilir ki, klubun portuqaliyalı məşqçi ilə transfer danışıqlarını prezident Ali Koç aparır.

Qeyd edək ki, 59 yaşlı portuqaliyalı mütəxəssisin Türkiyə Superliqasında ilk təcrübəsi olacaq.

Bundan əvvəl xəbər yayılmışdı ki, Mourinyo Türkiyə klublarına şərt qoyub.

Belə ki, "Beşiktaş" və "Fənərbağça" klublarının təklif göndərdiyi məşqçi minimum 3 illik müqavilə imzalanacağı təqdirdə təklifi qəbul edəcəyini demişdi.