Avropa çempionatında Azərbaycanı bu atletlər təmsil edəcək

 18:00 31.05.2024     199

İyunun 7-də İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatına start veriləcək.

Redaktor.az xəbər verir ki, müxtəlif yarışlarda əldə etdikləri nəticələr əsasında 4 atletimiz mötəbər yarışda iştirak hüququ qazanıb.

Çəkic atma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello ölkəmizi 26-cı Avropa çempionatında təmsil edəcək.