İsrailli futbolçu Rusiyada saxlanıldı

 18:11 31.05.2024     188

Keçmiş israilli futbolçu Liron Basis Almaniyada dələduzluq ittihamı ilə İnterpol tərəfindən Moskvada həbs edilib.

Redaktor.az xəbər verir ki, onun mayın 31-də həbs edilməsi faktını Drezden Baş Prokurorluğu təsdiqləyib.

“İzvestiya”dakı mənbə bir gün əvvəl Bazisin Novı Arbatdakı oteldə saxlanıldığını bildirib.

Aydınlaşdırılıb ki, bu, mayın 29-da idmançının beynəlxalq axtarışa verilməsi fonunda Almaniya tərəfinin müraciəti ilə baş verib.

Drezden Baş Prokurorluğunun nümayəndəsi qeyd edib ki, proses davam edərkən hələlik əlavə məlumat verə bilməz.

"Transfermarkt" portalının məlumatına görə, Basis 1992-2008-ci illərdə İsrailin müxtəlif futbol klublarında, o cümlədən “Makkabi Amişav”, “Makkabi Netanya” və “Tirat Karmel”də çıxış edib.

Sultan AYXAN