"Fənərbağça" baş məşqçisi ilə yollarını ayırdı

 19:49 31.05.2024     287

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Redaktor.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik tərəfindən 62 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Qeyd edək ki, İ.Kartalın rəhbərliyi altında "sarı-lacıvərdlilər" Türkiyə Superliqasında cari mövsümü 99 xalla ikinci pillədə başa vurub. "Fənərbağça"nın baş məşqçi postuna ən real namizəd portuqaliyalı mütəxəssis Jose Maurinyodur.