Ançelotti onu Real Madridin start heyətindən kənarlaşdıracaq

 21:20 31.05.2024     256

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə oyunda komandanın start heyətində yer alacaq qapıçının adını açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, qarşılaşma ilk dəqiqələrdən belçikalı qapıçı Tibo Kurtua ilə başlayacaq. İtaliyalı mütəxəssis bu mövsüm Çempionlar Liqasının bütün əvvəlki pley-off oyunlarında çıxış edən ukraynalı Andrey Lunini əsas heyətdən kənarlaşdırıb.

“Lunin qripdən xəstədir, amma sabah oyuna gedəcək. O yaxşıdır, amma matça ehtiyat oyunçular skamyasında başlayacaq", - deyə Ançelotti bildirib.

Yusif EYVAZLI